Cinayətkar qrupa qarşı əməliyyat: Saxlanılanlar var

Cinayətkar qrupa qarşı əməliyyat: Saxlanılanlar var
12 İyn 2025 16:57

Türkiyədə mütəşəkkil cinayətkar qrupa qarşı əməliyyat keçirilib.

News365.az bu barədə yerli mətbuata istinadla xəbər verir.

Məlumata görə, əməliyyat Konyada baş tutb.

Təşkilat üzvlərinin tüfənglə insanlara atəş açma, hədələmə kimi üsullarla ictimaiyyətdə qorxu və panika yaratdıqları, bu çərçivədə iş yerlərini gülləbaran etmə, qəsdən adam öldürməyə cəhd, qarət, şəxsi azadlığından məhrum etmə, tüfənglə atəş açma kimi ümumilikdə 13 ayrı cinayətdə iştirak etdikləri də müəyyən edilib.

İstintaq müddətində 9 nəfər həbs edilib, 4 şübhəli prokurorun qərarı ilə, 2 nəfər isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.


Sizin reklam burada
Sizin reklam burada