Rusiya və Ukrayna strateji riskləri azaltmağa başlamalı, həmçinin münaqişənin deeskalasiyasına töhfə verməlidir. Xarici KİV-in yaydığı məlumata görə, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Cian bildirib.
“Mövcud vəziyyətdə bütün tərəflər sakit və təmkinli olmalı, dialoq və məsləhətləşmələr yolu ilə vəziyyətin yumşaldılmasına birgə töhfə verməli, strateji riskləri azaltmalıdırlar”, – diplomat Qərbin Ukrayna ərazisindən Rusiyaya uzaqmənzilli raket zərbələrindən icazə verməsi və Kremlin yenilənmiş nüvə çəkindiriciliyi doktrinasını şərh edərkən deyib.
Lin Cian onu da əlavə edib ki, baş verən proseslərlə bağlı Çinin mövqeyi dəyişməyib. Onun sözlərinə görə, Pekin “konstruktiv rol oynamaq” niyyətindədir.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural