Rusiya Dövlət Dumasında müharibənin nə vaxt bitəcəyi açıqlandı

Rusiya Dövlət Dumasında müharibənin nə vaxt bitəcəyi açıqlandı
15:40

Ukrayna münaqişəsi 2025-ci ilin yazında bitə bilər. Bu barədə Rusiya Dövlət Dumasının deputatı Aleksey Çepa Lenta.ru-ya müsahibəsində bildirib. O, qeyd edib ki, gərginliyin daha da artmasını dayandırmağın mümkün olacağına ümid var.

“Son vaxtlar biz münaqişənin davam etdirilməsinin mümkün nəticələrini anlayanların, eləcə də dünya siyasətçilərinin fikirlərini getdikcə daha çox eşidirik. Onların əksəriyyəti indi bu vəziyyəti daha yaxşı başa düşür”, - deyə o vurğulayıb.

Çepa diqqəti NATO ölkələri arasında münaqişənin sülh yolu ilə həllinə ümidli olduğunu deyən ölkələrin olmasına da yönəldib. Hansılar ki, onlar vəziyyətin daha da gərginləşməsinə qarşı çıxış edirlər.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural

Youtube kanalımız

Oxşar xəbərlər