Zalujnı ukraynalı hərbçilərə cəbhədə sağ qalma şanslarının azaldığını deyib

Zalujnı ukraynalı hərbçilərə cəbhədə sağ qalma şanslarının azaldığını deyib
15:30

Ukraynanın Böyük Britaniyadakı səfiri və Ukrayna Silahlı Qüvvələrinin keçmiş komandanı Valeri Zalujnı diqqət çəkən fikirlər səsləndirib. O, Britaniyada təlim keçən ukraynalı hərbçilərə müraciəti zamanı onların sağ qalması ehtimalının çox olmadığını gizlətməyib. Gazeta-nın yaydığı məlumata görə, The Sun-a müsahibə verən Zalujnı müasir döyüş meydanlarında hərbçilrin sağ qalma şanslarının getdikcə zəiflədiyini bildirib. Ona görə də ukraynalı əsgərlər cəbhədə "yıxılmaqdan" qorxmamalıdırlar. 

Zalujnı diqqəti Ukraynada müharibənin hər gün daha da dərinləşməsi və sərtləşməsinə yönəldib.

“Unutmayın ki, müharibə hər gün daha da qəddarlaşır... O, demək olar ki, heç bir sağ qalma şansı qoymur”, - Zalujnı Böyük Britaniyanın şərq hissəsində ukraynalı əsgər və zabitlərin təlim keçdiyi bazalardan birinə səfəri zamanı bildirib.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər