Döyüşlərə qatılan aktyor Kurskda öldürüldü

Döyüşlərə qatılan aktyor Kurskda öldürüldü
15:45

Ukrayna Silahlı Qüvvələrinin tərkibində döyüşmüş ukraynalı aktyor Pyotr Velikiy Kursk vilayətində dünyasını dəyişib. Bu barədə “Country Politics” Telegram kanalı Çerniqov Dram Teatrına istinadən məlumat yayıb.

Qeyd edilib ki, sənətçinin 48 yaşı var idi. Onun Yekaterina adlı bir qızı var. Pyotr Velikiy Ukrayna Silahlı Qüvvələrinin sıralarına qoşulmazdan əvvəl Çerniqovun T.Şevçenko adına Akademik Musiqili Dram Teatrında işləyib. O, 20 il burada aparıcı səhnə ustası olub. Aktyor karyerası ərzində 35-dən çox rol oynayıb.

Xatırladaq ki, dekabrın 11-də digər ukraynalı aktyor Andrey Pavlenkonun döyüş bölgəsində ölməsi xəbəri yayılmışdı. Pavlenkonun dəqiq harada öldüyü barədə məlumat verilməyib. Sənətçi “Muxtarın dönüşü” rus serialının bir neçə mövsümündə oynayıb.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər