Qarabağ Universitetinin 2025-ci ildə fəaliyyətinin daha da genişləndirilməsinə 17 milyon manat ayrılacaq.
News365.az xəbər verir ki, bunu Milli Məclisdə 2025-ci il büdcə müzakirəsi zamanı təhsil naziri Emin Əmirullayev deyib.
Onun sözlərinə görə, Qarabağ Universitetinə 2024-25-cü il tədris ilində 1104 tələbə qəbul olunub. “Növbəti ilə də isə Universitetə 1200-1500 tələbə qəbulu nəzərdə tutulur”, - nazir qeyd edib. Nazir Türkiyə-Azərbaycan Universitetinin fəaliyyətinə büdcədən 10 milyon manat ayrılması nəzərdə tutulub. Nazir onu da bildirib ki, növbəti ildə Sabah proqramlarının genişləndirilməsi nəzərdə tutulur və bu məqsədlə büdcədən 10 milyon manat ayrılacaq.