Çin Almaniya təyyarəsinin hədəfə alınmasını təkzib etdi

Çin Almaniya təyyarəsinin hədəfə alınmasını təkzib etdi
09 İyl 2025 13:07

Rəsmi Pekin Almaniyaya məxsus hərbi təyyarəni vurması ilə bağlı iddianı təkzib edib.

News365.az xəbər verir ki, bununla bağlı Çin Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bəyanatda qeyd olunur ki, Çinin silahlı qüvvələri tərəfindən Almaniyanın hərbi təyyarəsinə qarşı lazer silahından atəş açılması iddiası faktlara uyğun deyil.

Xatırladaq ki, Almaniya Aİ ölkələri tərəfindən keçirilən "ASPIDES" hərbi dəniz əməliyyatında iştirak edərkən, hərbi təyyarəsinin Çin tərəfindən lazer silahı ilə hədəfə alındığını iddia etmişdi. Çin səfiri Almaniya XİN-ə çağırılmışdı.


Sizin reklam burada
Sizin reklam burada