CHP-də qurultay həyəcanı: Özgür Özəl imza toplamayacaq

CHP-də qurultay həyəcanı: Özgür Özəl imza toplamayacaq
10:11

Türkiyənin ana müxalifət partiyası — Cümhuriyyət Xalq Partiyası (CHP) növbədənkənar qurultaya hazırlaşır. Partiyanın 39-cu böyük toplantısı noyabrın 28–30-da Ankarada keçiriləcək.

News365.az-ın məlumatına görə, ilk gün partiyanın yenilənmiş proqramı nümayəndələrin müzakirəsinə çıxarılacaq və səsvermə yolu ilə təsdiqlənəcək. Sonrakı iki gündə isə partiyanın gələcək lideri, Partiya Məclisi və Yüksək İntizam Şurasının yeni tərkibi müəyyənləşəcək.

Maraqlısı odur ki, hazırkı sədr Özgür Özəl bu dəfə namizədliyini irəli sürmək üçün imza toplamaq niyyətində deyil. Bu isə CHP daxilində mümkün yeniliklər və sədr postunda dəyişiklik ehtimallarını daha da artırıb.

News365.az


Sizin reklam burada
Sizin reklam burada