ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) dərc etdiyi yeni büdcə layihəsində Ukraynaya 2026 və 2027-ci illərdə ümumilikdə 800 milyon dollar həcmində maliyyə dəstəyi ayrılması nəzərdə tutulur.
News365.az xəbər verir ki, sənəddə bu vəsaitin təhlükəsizlik sahəsində yardım, hərbi təlimlər və müdafiə qabiliyyətinin gücləndirilməsi üçün istifadə ediləcəyi qeyd olunur.
Büdcə layihəsinin taleyi isə yaxın günlərdə müəyyənləşəcək. ABŞ Konqresində sözügedən sənəd üzrə səsvermələr bu həftə başlayacaq. Layihənin qəbul olunacağı təqdirdə, bu paket Vaşinqtonun Kiyevə uzunmüddətli dəstəyinin davamı kimi qiymətləndiriləcək.