“ChatGPT”nin işində problem yarandı

“ChatGPT”nin işində problem yarandı
23 Yan 2025 17:17

Bir neçə ölkədə “ChatGPT” çat-botunun işində problem yaranıb. 

News365.az xəbər verir ki, bu barədə məlumat “Downdetector” portalında yer alıb. 

Bildirilib ki, ən çox şikayət (6,3 mindən çox) Böyük Britaniyadan daxil olub. Bununla yanaşı, Almaniya, ABŞ, Fransa və digər ölkələrdə də çat-botun işində problem qeydə alınıb. 

Bununla yanaşı, çat-botu yaradan ABŞ-nin “OpenAI” şirkətinin saytında da problemlər olduğu qeyd olunub.


Sizin reklam burada
Sizin reklam burada