Cem Yılmaz xəstəxanaya yerləşdirilib

Cem Yılmaz xəstəxanaya yerləşdirilib
29 Avq 2026 23:00

Məşhur türkiyəli komediya aktyoru Cem Yılmaz Çanaqqalada istirahət zamanı səhhəti pisləşərək xəstəxanaya yerləşdirilib.

Türkiyə mediasının məlumatına görə, sinə ağrısı şikayəti olan Yılmaza Ayvacık Dövlət Xəstəxanasında ilkin tibbi yardım göstərilib.

Onun ürək spazmı keçirdiyi bildirilib.

Vəziyyəti nəzarət altında olan Cem Yılmaz daha ətraflı müayinə və müalicə üçün Çanaqqala Onsekiz Mart Universitetinin Tibb Fakültəsinin xəstəxanasına sövq edilib


Sizin reklam burada
Sizin reklam burada