Cəlilabadda yol qəzası baş verib

Cəlilabadda yol qəzası baş verib
04 İyl 2025 20:45

Cəlilabad rayonunda baş verən avtomobil qəzasında üç nəfər xəsarət alıb.

News365.az xəbər verir ki, hadisə Ələt–Astara yolunun Cəlilabad rayonuna giriş hissəsində qeydə alınıb.

Belə ki, "Toyota Corolla" markalı avtomobilin sürücüsünün idarəetməni qəfil itirməsi səbəbindən maşın yolun kənarına aşıb.

Hadisə nəticəsində xəsarət alan üç nəfər rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada