Cəlilabadda polis 9 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlayıb- FOTO

Cəlilabadda polis 9 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlayıb- FOTO
20 Mar 2025 13:01

Cəlilabad rayonunda polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş 24 yaşlı Ruslan Hacıyev saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan News365.az-a verilən məlumata görə, ondan 9 kiloqram həşiş qətranı, marixuana, metamfetamin və 100 ədəd narkotik tərkibli metadon həbi aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb, R.Hacıyev barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada