Cəlilabadda çaqqal kənd sakinlərinə hücum etdi - yaralılar var

Cəlilabadda çaqqal kənd sakinlərinə hücum etdi - yaralılar var
12:48

Cəlilabad rayonunda vəhşi heyvan kənd sakinlərinə hücum edib.

News365.az xəbər verir ki, hadisə rayonun Şatırlı kəndində qeydə alınıb.

Belə ki, çaqqal qəfil bir neçə kənd sakininə hücum edib. Hadisə nəticəsində üç nəfər kənd sakini yaralanıb.

Onlar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralılara lazımi tibbi yardım göstərilib. Hazırda onların müalicəsi xəstəxanada davam etdirilir.


Sizin reklam burada
Sizin reklam burada