Cəlilabadda 3 otaqlı ev yanıb

Cəlilabadda 3 otaqlı ev yanıb
11 İyl 2025 23:30

Cəlilabad rayonunda yanğın hadisəsi baş verib.

News365.az xəbər verir ki, hadisə rayonun Üçtəpə kəndində C. Həşimova məxsus evdə qeydə alınıb.

Belə ki, ümumi sahəsi 108 m² olan birmərtəbəli 3 otaqlı evdə qəfildən yanğın başlayıb.

Hadisə yerinə Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.

Yanğın nəticəsində evin 88 m² sahəsi və əşyaları yanıb. Yanğının elektrik naqillərdə yaranan qısaqapanmadan baş verdiyi ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada