Salyanda çörək sexi YANDI

Salyanda çörək sexi YANDI
10:12

Salyan rayonunda çörək sexi yanıb.

News365.az xəbər verir ki, hadisə rayonun Arbatan kəndində baş verib.

Belə ki, 1959-cu il təvəllüdlü Feyzullayev Eynulla Səmədağa oğlüna məxsus çörək sexi anidən alovlanıb. Hadisə yerinə FHN-in Salyan Yanğından Mühafizə hissəsinə məxsus yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib.

Yanğınsöndürənlərin səyi nəticəsində yanğın söndürülüb və yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. Sahibkara xeyli ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada