Çayda köməksiz qalan 15 yaşlı oğlan BELƏ XİLAS EDİLDİ - VİDEO

Çayda köməksiz qalan 15 yaşlı oğlan BELƏ XİLAS EDİLDİ - VİDEO
09:00

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncə şəhəri ərazisində vətəndaşın Gəncə çayının dərəsində köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

News365.az bu barədə FHN-ə istinadla xəbər verir.

Məlumatla əlaqədar dərhal FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 2010-cu il təvəllüdlü Quluzadə Davud Sabir oğlu ehtiyatsızlıqdan Gəncə çayının dərinliyi təqribən 10 metr olan dərəsinə sürüşüb düşərək köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrlə vətəndaşı dərədən çıxararaq xilas ediblər.


Sizin reklam burada
Sizin reklam burada