Bütün vəhşiliklərə bais olan...- Tural İrfan yazır

Bütün vəhşiliklərə bais olan...- Tural İrfan yazır
09:48
Bəlkə də heyvanar insan yaradılmadıqları üçün Allaha şükür edirlər... İnsan çox da öyünməsin ağlı, şüuru, texnika icad etməsi ilə. Əsas nəticədir. Bəşəriyyət hələ də insanın icad etdiyi kütləvi qırğın silahlarının təhdidi altındadırsa ayıya, şirə, canavara şükür etmək lazımdır. Uzaq başı bir sürüyə baş vurub beşini boğur, birini də aparıb gedir. Amma insan bombanın düyməsinə basıb bir anda milyonları məhv edir.
Əslində insan ən zərərli vəhşidir. Dini inanca görə cinlərə, heyvanlara peyğəmbər göndərilməyib. Yalnız insanlara göndərilib. Demək insan cindən, heyvandan daha çox azğınlığa, pozğunluğa meyllidir ki, 124 min peyğəmbər öhdəsindən gələ bilməyib, hələ də qandan doymur. Peyğəmbərlərin əsasən Yaxın Şərqdə zühur etməsi o deməkdir ki, bəşəriyyətin ən azğın və narahat guşəsi həmin coğrafiyadır. Çinə, Koreyaya, Yaponiyaya, Avropaya, Amerikaya peyğəmbər gəlməyib, ilahi bəla nazil olmayıb dini mətnlərə görə. Dini kitablara görə həlakət yalnız Yaxın Şərq üçün nazil olub. Ad, Səmud, Hud, Nuh qövmünün ilahi əzabla məhv edilməsi də bu qəbildəndir. Bu, o deməkdir ki, bəşəriyyətin ən vəhşi, ipə-sapa yaramayan insanı məhz bu yerdədir.
Tural İrfan, dinşünas

Sizin reklam burada
Sizin reklam burada