"Bu, vəkillərin əməyinə verilən yüksək qiymətin göstəricisidir" - Hikmət Əliyev

"Bu, vəkillərin əməyinə verilən yüksək qiymətin göstəricisidir" - Hikmət Əliyev
16:07

"Dövlət hesabına hüquqi yardıma görə vəkillərə ödənilən məbləğin miqdarının artırılması onların əməyinə verilən yüksək qiymətin göstəricisidir".

Bunu vəkil Hikmət Əliyev deyib.

O bildirib ki, maddi artım təkcə rifahın yaxşılaşdırılması deyil, həm də peşəkar fəaliyyətin qərəzsiz, cəsarətli və keyfiyyətli həyata keçirilməsi üçün real imkanlar yaradır.

"Bu nailiyyətlərin mərkəzində Vəkillər Kollegiyasının sədri cənab Anar Bağırovun ardıcıl və prinsipial fəaliyyəti dayanır. Onun uzunmüddətli danışıqları və əsaslandırılmış yanaşmaları nəticəsində hüquqi yardımın dəyərinin artırılması dövlətin diqqətində olub. Onun rəhbərliyi ilə vəkillik "Konstitusiya və Suverenlik İli" çərçivəsində aparılan hüquqi islahatların mərkəzi komponentinə çevrilib. Azərbaycan vəkilləri bu strateji dəstəyi və yüksək etimadı peşəkar fəaliyyətləri ilə doğrultmaq əzmindədirlər. Biz vəkillərin məqsədi yalnız hüquqi yardım göstərmək deyil, hər bir vətəndaş üçün ədalətə çıxışı daha əlçatan və effektiv etməkdir. Dövlətin vəkilliyə verdiyi önəm cəmiyyətdə hüquqi şüurun və vəkilliyə ictimai hörmətin artmasına səbəb olur", - deyə H.Əliyev qeyd edib.

O deyib ki, dövlət hesabına hüquqi yardıma görə vəkillərə ödənilən məbləğin miqdarının artırılması Prezident İlham Əliyevin "Konstitusiya və Suverenlik İli" çərçivəsində hüquqi islahatlara verdiyi dəstəyin bariz nümunəsidir: "Artıq Azərbaycanda vəkillik institutu ədalət mühakiməsinin ayrılmaz hissəsinə çevrilib. Vəkillər hüquqi yardıma ehtiyacı olan vətəndaşların hüquqlarını müdafiə edən ən etibarlı platformadır. Dövlət tərəfindən göstərilən davamlı dəstək və rəqabətqabiliyyətli mühit, bu peşənin nüfuzunu və ictimai etibarını gücləndirməkdədir".

Vəkil, həmçinin bildirib ki, Azərbaycanda hüquqi dövlət quruculuğu istiqamətində son illərdə həyata keçirilən məqsədyönlü siyasət və islahatlar çərçivəsində vəkillik institutunun rolu əhəmiyyətli dərəcədə artıb: "Prezident İlham Əliyevin 22 fevral 2018-ci il tarixli Sərəncamı bu sahədə dönüş nöqtəsi olub. Sözügedən Sərəncamla Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına hüquqi yardım sisteminin təkmilləşdirilməsi üzrə mühüm tapşırıqlar verilib, bu sahədə əlavə tədbirlərin görülməsi tövsiyə olunub".

Qeyd edək ki, "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" Nazirlər Kabinetinin Qərarında dəyişiklik edilib. Belə ki, qərarla dövlət hesabına göstərilən hüquqi yardıma görə 1 saat üçün vəkilə öfənilən məbləğin miqdarı 6 manatdan 11 manata qaldırılıb. E-huquq.az


Sizin reklam burada
Sizin reklam burada