Bu universitetə prorektor təyin edildi

Bu universitetə prorektor təyin edildi
20 Apr 2025 20:45

ADU-nun Təhsil fakültəsinin dekanı Fikrət Cahangirov Bakı Slavyan Universitetinin prorektoru təyin edilib.


News365.az Unikal-a istinadən xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr verib.


Fikrət Cahangirov BSU-da tədris işləri üzrə prorektor olaraq fəaliyyətinə davam edəcək.


Qeyd edək ki, Fikrət Cahangirov 2007-2013-cü illərdə ADU-nun Filologiya fakültəsinin, 2015-2017-ci illərdə Pedaqoji fakültənin, 2017-ci ildən indiyədək Təhsil fakültəsinin dekanı olub


Sizin reklam burada
Sizin reklam burada