Bu şəxslərin əməkhaqqından 24 manatlıq vergi tutulacaq

Bu şəxslərin əməkhaqqından 24 manatlıq vergi tutulacaq
13:53

“Bu il özəl sektorda əmək haqqı ilə bağlı güzəşt müddəti başa çatıb və növbəti ildən özəl sektorda çalışan vətəndaşların (2500 manata qədər maaş alan) əmək haqqından üç faiz vergi hesablanacaq. Həm dövlət, həm də özəl sektorda 200 manatadək olan gəlir vergi hesablanan zaman azaldılır. Əgər özəl sektorda çalışan vətəndaşımızın əmək haqqısı 1000 manatdırsa, həmin məbləğdən 200 manat çıxılır, qalan 800 manat üç faiz vergiyə cəlb olunur. Yəni 24 manat vergi hesablanır”.

News365.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov parlamentin bugünkü plenar iclasında “Vergi Məcəlləsi” və bir sıra qanunlarda dəyişiklə bağlı çıxışı zamanı deyib.

Deputat minimum əməkhaqqının gəlir vergisindən azad edilməsini təklif edib:

“Əksər dövlətlərdə minimum əmək haqqı gəlir vergisindən azad olunduğunu nəzərə alaraq oxşar praktikanın Azərbaycanda da tətbiqi məqsədəuyğundur. Həm dövlət, həm özəl sektorda minimum əmək haqqı alan vətəndaşlarımızın maaşları vergidən azad olunması sosial təminat baxımdan da məqsədəuyğundur.

Bu zaman hər iki sektorda vergidən azad olunan məbləğ 400 manat müəyyənləşə  bilər. Həmin vətəndaşlarımızın maaşları yüksək olmadığı üçün əmək haqqlarının vergiyə cəlb olunması arzuolunan deyil”.


Sizin reklam burada
Sizin reklam burada