Bu prospektdə yolda məhdudiyyət tətbiq edildi

Bu prospektdə yolda məhdudiyyət tətbiq edildi
26 Mar 2025 13:40

Atatürk prospektində yolda məhdudiyyət tətbiq edilib.

Bu barədə News365.az-a DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Nərimanov rayonunun Atatürk prospekti ilə Ceyhun Hacıbəyli küçəsinin kəsişməsində aidiyyəti dövlət qurumu tərəfindən yolda təmir işləri aparılır.

"Bu səbəbdən metronun “Gənclik” stansiyası istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə fasilələrlə məhdudiyyət tətbiq edilir", - məlumatda vurğulanıb.


Sizin reklam burada
Sizin reklam burada