Bu meyvələr UCUZLAŞACAQ – MÜHÜM AÇIQLAMA

Bu meyvələr UCUZLAŞACAQ – MÜHÜM AÇIQLAMA
13:34

Bu ilin fevral ayında bəzi məhsullarla yanaşı meyvələrin də qiymətində artımlar oldu. Ekspertlər yay mövsümü ərəfəsində yenidən meyvələrin bahalaşacağını proqnozlaşdırırlar. Halbuki meyvəyə yay aylarında daha çox tələbat olur. Həm mövsümi meyvələri dadmaq, həm də onlardan şirə və mürəbbələr hazırlamaq üçün...

Bu səbəbdən meyvələrin öz mövsümündə ucuz və əlçatan olması alıcılar üçün önəmlidir.

Bəs, yayda meyvə qiymətlərində artım gözləniləndir?

Mövzu ilə bağlı Liberal İqtisadçılar Birliyinin Sədri Akif Nəsirlinin sözlərinə görə belə bir artım gözlənilmir:

“Bu il qıtlıq gözlənilmir. Məsələn, ərik, alça, albalı, gilas, alma bu il bol olacaq. Türkiyədə olan şaxtaya görə orada meyvə qıtlığı gözlənilir, ancaq bu, Azərbaycana aid deyil. Azərbaycan bu fürsətdən istifadə edərək həm Türkiyəyə meyvə ixracını artırmalı, həm də vaxtilə Türkiyənin əlində olan bazarlara, ən azı MDB ölkələrinə mümkün qədər çıxmalıdır. Bunun üçün xüsusi tədbirlər olmalı, sənədlərin operativ qaydada hazırlanması platformaları yaradılmalıdır ki, vətəndaşların məhsulu ixrac üçün sənədə görə gecikməsin".

Akif Nəsirli onu da əlavə edib ki, bu prosesdə Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin, həmçinin Gömrük Komitəsinin rolu önəmlidir.


Sizin reklam burada
Sizin reklam burada