“Dövlət
Statistika Komitəsinin məlumatına görə 2025-ci ilin yanvar ayında ölkənin
xarici ticarət dövriyyəsi 4,1 milyard dollar olub. Bunun 50,3 faizi ixracın,
49,7 faizi idxalın payına düşüb. Ötən ilin eyni dövrü ilə müqayisədə xarici
ticarət dövriyyəsi real ifadədə 9,3 faiz artıb. Nəticədə ticarət dövriyyəsində
21,1 milyon dollarlıq müsbət saldo alınıb”.
Bunu News365.az –a söhbətində iqtisadçı
ekspert Eldəniz Əmirov deyib. O
bildirib ki, bu dövriyə barəsində açıqlanan rəqəmlərin müsbət tərəfidir:
“Amma
ticarət dövriyyəsində saldo müsbət olsa da, 4,1 milyard dollarlıq dövriyyə
qarşıığında 21 milyonluq müsbət saldo çox deyil. Dövriyyənin cəmi 0,5 faizinə bərabərdir.
Yəni hər yüz dollarlıq ticarətdə bizə 50 sent pul qalıb.
Nəzərə
alaq, neft qiymətləri yanvarda hazırkı satış qiymətlərindən yuxarı idi. Ona görə
də qarşıdakı dönəmdə qeyri-neft ixracı artmasa saldonun işarəsi əksinə dəyişə
bilər.
Digər
bir mənfi dinamika idxalın real ifadədə 50,1 faiz artması, ixracın 12,5 faiz
azalmasıdır. Eyni zamanda bu dövr ərazində neft-qaz məhsullarının ixracı da
real ifadədə 10,4 faiz azalıb.
İxracda
artım daha çox qara metallardan hazırlanan borularda 3,1 dəfə (210 faiz), qara
metallardan hazırlanan çubuqlarda – 2,4 dəfə (140 faiz ) və elektrik enerjisində
72 faiz olmuşdur.
Bu
artım sevindiricidir. Lakin burada qayğılandırıcı məqam odur ki, hər 3 məhsul
qeyri-neft məhsulu olsa da, hazırlanması üçün xammal təbii sərvətdir. Amma
bütün hallarda neft faktorunun olmaması şəraitində artımın belə ciddi olması
müsbət dəyərləndirilməlidir.
Başqa
bir məsələ mövsümü faktorlarla əlaqədardır ki, qeyri-neft ixracında mövsüm
faktorların böyük rol oynaması il sonuna bu sektorda daha yüksək göstəricilərin
əldə edilmə ehtimalı yüksəldir.
Ölkələrin
bizimlə ticari münasibətlərdə mövqeyinə gəldikdə isə yenə də ilk üçlük
mövqeyini qoruyub saxlayır: İtaliya, Türkiyə və Rusiya”.
News365.az