Bu gün Bakıda 537 küçə yuyulub

Bu gün Bakıda 537 küçə yuyulub
19:00

Bu gün Bakıda 537 küçə yuyulub.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən News365.az-a verilən məlumata görə, bu gün səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin 537 əsas küçə və prospektlərin yuyucu maddələrlə yuyulmasını təmin edilib.

Eyni zamanda, genişmiqyaslı təmizlik və abadlıq işləri həyata keçirilib.

Bildirilib ki, Bakı Şəhər İcra Hakimiyyətinin çağırışına səs verən müəssisə, idarə və təşkilatların kollektivləri, fərdi sahibkarlar və özəl sektor nümayəndələri, şəhər sakinləri də icra qurumlarının əməkdaşları ilə birlikdə iməclikdə yaxından iştirak ediblər.


Sizin reklam burada
Sizin reklam burada