“ABŞ
prezidenti Barak Obama 2009-cu ildə pedaqoqlar qarşısında etdiyi çıxışında Cənubi
Koreya təhsil sistemini tərifləmişdi: "Bizim uşaqlar hər il Cənubi Koreya
uşaqlaraından bir ay az dərs keçirlər." O, amerikanlara belə bir çağırış
etdi: "Təkcə məktəbdənkənar proqramları genişləndirmək bəs etmir, həm də məktəb
günlərini elə planlaşdırmaq lazımdır ki, dərslər üçün çox vaxt ayrılmış
olsun."”
News365.az xəbər verir ki,
bunu təhsil üzrə ekspert Etibar Əliyev deyib. O, əlavə edib ki, bizdə dərslər
sentyabr ayının 15-də başlayır:
“İki həftə
buradan itiririk. Dövlət İmtahan Mərkəzi mart ayının əvvəllində Buraxılış
imtahanları keçirməyə başlayır. Buraxılış imtahanlarından sonra yuxarı siniflərdə
davamiyyət kəskin şəkildə aşağı düşür. İmtahana köklənmiş təhsil sistemində məktəbdə
dərs müddəti anlayışı formal xarakter daşıyır. Bizim təhsil sistemində
kurslarda və repetitor yanında hazırlığın müddəti daha böyük önəm kəsb edir.
Valideyinlər böyük məbləğdə pul xərcləməyə məcbur olurlar. Məktəb artıq yalnız
attestat verən təsisata çevrilib. Tətilləri də nəzərə alsaq uşaqlar 6 aydan çox
məktəbdə dərs keçmirlər.
Bu cür
irrasionallıq buruluğanına düşən məktəb vacib funksiyalarını (zəruru biliklər
vermək, tərbiyə etmək və fiziki hazırlığı gücləndirmək) itirməklə şəxsiyyət
yetişdirmək missiyasını itirir”.
News365.az