Bu məktəblərdə çalışan 633 nəfərin əmək müqaviləsinə xitam VERİLDİ

Bu məktəblərdə çalışan 633 nəfərin əmək müqaviləsinə xitam VERİLDİ
11:36

Keçən il incəsənət məktəblərində çalışan 633 nəfərin əmək müqaviləsinə xitam verilib.

News365.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nda əksini tapıb.

    Qeyd edilib ki, 2025-ci ildə təhsilverənlərin attestasiyası prosesinə başlanılıb, ilkin mərhələdə Bakı, Abşeron-Xızı, Quba-Xaçmaz, Mil-Muğan və Şirvan-Salyan regionlarında fəaliyyət göstərən 67 incəsənət məktəbində çalışan 3,7 min müəllim attestasiya cəlb edilib.

    Nəticələrə əsasən 2,9 min nəfər tutduğu vəzifəyə uyğun hesab olunub, 796 nəfər isə vəzifəyə uyğun hesab edilməyib. Bu müəllimlərdən 633 nəfərin əmək müqaviləsinə qanunvericiliyin tələblərinə uyğun olaraq xitam verilib.


    Sizin reklam burada
    Sizin reklam burada