Bu əməllər orucu batil edir...- Tural İrfandan açıqlama

Bu əməllər orucu batil edir...- Tural İrfandan açıqlama
13:19

"Oruç, adından da göründüyü kimi, ərəb dilində “siyam” və “səum” sözlərindən gəlir və pəhriz etmək, özünü saxlamaq, çəkinmək mənasını verir. Orucla bağlı əsas məqam yalnız yemək və içməkdən çəkinmək deyil, həm də bir çox digər əməllərdən uzaq durmaqdır."

Siyasi-dini şərhçi Tural İrfan bunu News365.az-a açıqlamasında deyib. 

"Ən əsas qaydalardan biri budur ki, oruc zamanı gün çıxandan gün batana qədər insan heç bir qida və içki qəbul etməməlidir. Bu, istisnasız olaraq tətbiq edilir. Bəzi insanlar səhvən hesab edirlər ki, dərman qəbul etmək olar, xüsusilə də susuz tabletlər. Lakin bu, orucu pozur və icazəli deyil.

Orucu pozan əməllər bir neçə kateqoriyaya bölünür. Bunlardan birincisi birbaşa orucu batil edən əməllərdir. Məsələn, imalə (krizma) orucu pozan əməllərdən sayılır. Bəzi insanlar düşünür ki, bu, qida deyil və ona görə də orucu batil etməməlidir. Lakin bu cür tibbi müdaxilələr də orucu batil edir.

Qidalandırıcı iynələr və sistemlər, məsələn, qlükoza və ya vitamin iynələri də orucu pozur. Çünki bunlar birbaşa bədəni qidalandırır. Müalicə məqsədilə edilən iynələr və sistemlər də qidalandırıcı xarakter daşıyırsa, orucu batil edir.

Antibiotiklər məsələsinə gəldikdə isə, bunlar qidalandırıcı hesab edilməsə də, bədənin müqavimətini artırdığı üçün alimlər arasında fikir ayrılığı var. Əgər insanın sağlamlıq vəziyyəti antibiotik və digər dərmanları qəbul etməyi tələb edirsə, o, artıq oruc tutmamalıdır.

Ümumiyyətlə, oruc zamanı nəyinsə qəbul edilib-edilməməsi ilə bağlı şübhə yaranarsa, ehtiyatlı olmaq və mümkün qədər çəkinmək tövsiyə edilir."


Sizin reklam burada
Sizin reklam burada