Böyükşor-Pirşağı yolundan istifadə edənlərin nəzərinə!

Böyükşor-Pirşağı yolundan istifadə edənlərin nəzərinə!
29 İyl 2025 13:00

Böyükşor-Pirşağı avtomobil yolunun 6.5-ci km-lik hissəsində yeni yerüstü piyada keçidinin tikintisi ilə əlaqədar olaraq, 1 avqust saat 09:00-dan başlaraq qeyd olunan hissədə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

News365.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, hərəkətin məhdudlaşdırılması günorta saatlarınadək qüvvədə olacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.


Sizin reklam burada
Sizin reklam burada