Məhkəmə "Güclü Ermənistan" partiyasından baş nazir postuna namizəd olan Samvel Karapetyanın ev dustaqlığını qüvvədə saxlayıb.
News365.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Məhkəmə, həmçinin mövcud qətimkan tədbiri əvəzinə inzibati nəzarətin tətbiq edilməsi barədə vəsatəti rədd edib.
Xatırladaq ki, İrəvan məhkəməsi 2025-ci ilin iyununda Samvel Karapetyanı həbs edib. 2025-ci il dekabrın 30-da Antikorrupsiya məhkəməsi həbs qətimkan tədbirini ev dustaqlığına dəyişib.