Uzun müddətdir ki, insanların eyni anda bir neçə
mürəkkəb işi yerinə yetirə bilmədiyi, sadəcə diqqətlərini çox tez bir zamanda
aralarında dəyişə bildiyinə inanılırdı. Lakin yeni bir araşdırma bu baxış
bucağına meydan oxuyur.
Corctaun Universitetinin tədqiqatçıları yeni bir
bacarıq mənimsənildikcə beyin sanki neyron əlaqələrini yenidən qurur və yaxşı
təcrübə edilən hərəkətləri demək olar ki, avtomatik hala gətirir. Təcrübə
zamanı könüllülər 5-10 həftə ərzində avtomobillərin şəkillərini 30.000 dəfədən
çox çeşidlədilər və alimlər funksional MRT və elektroensefaloqrafiyadan
istifadə edərək beyin funksiyalarındakı dəyişiklikləri təhlil etdilər.
Təlimin əvvəlində şüurlu düşüncə, planlaşdırma və
qərar qəbuletmə ilə əlaqəli prefrontal korteks tapşırıqların yerinə
yetirilməsinə cavabdeh idi. Lakin, geniş təcrübədən sonra məlumatların emalı
mürəkkəb obyektlərin yaddaşı və tanınmasından məsul olan temporal korteksə
keçdi. Bu bacarıq ötürülməsi prefrontal korteksi digər tapşırıqlar üçün azad
edir və insanın birdən çox tapşırıq yerinə yetirmə qabiliyyətini artırır.
Müəlliflər hesab edirlər ki, tədqiqatın nəticələri
vərdişlərin formalaşması mexanizmlərini daha yaxşı başa düşməyə və bəzi
davranış nümunələrini niyə pozmağın bu qədər çətin olduğunu izah etməyə kömək
edəcək. Bundan əlavə, tapıntılar əvvəllər qazanılmış bacarıqları itirmədən
davamlı öyrənməyə qadir olan yeni süni intellekt sistemlərinin yaradılmasında
faydalı ola bilər.
News365.az