"Biz artıq kömək dilənən ölkə deyilik!"- Volodimir Zelenskidən Avropa İttifaqı ETİRAFI

"Biz artıq kömək dilənən ölkə deyilik!"- Volodimir Zelenskidən Avropa İttifaqı ETİRAFI
13:50

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin Avropa İttifaqı ilə münasibətlərində artıq keyfiyyətcə yeni bir mərhələnin başladığını bəyan edib.

News365.az xəbər verir ki, Ukrayna lideri dövlətinin malik olduğu zəngin hərbi təcrübə və müasir texnologiyalar sayəsində gələcəkdə Avropanın təhlükəsizliyinə ən azı Aİ-nin hazırda Ukraynaya verdiyi dəstək qədər töhfə verə biləcəyini vurğulayıb.

Zelenski çıxışında Kiyevin Aİ-yə üzvlük məsələsində prinsipial mövqeyini diqqətə çatdırıb: "Ukrayna kimsədən Aİ-yə üzv olmağa icazə verməsini xahiş etmir. Avropa İttifaqı Ukraynanın Aİ-də bərabər şərtlərlə olmasının zəruriliyini yaxşı anlayır, çünki Ukrayna Aİ-nin inkişafına böyük töhfə verir — bu, Avropa İttifaqının təhlükəsizliyinə edilən birbaşa investisiyadır".

Ukrayna dövlət başçısı qürurla əlavə edib ki, ölkəsinin beynəlxalq statusunun kökündən dəyişməsindən məmnundur. Onun sözlərinə görə, Ukrayna artıq sadəcə kömək dilənən bir dövlət obrazından çıxaraq, Avropanın bərabərhüquqlu və hərbi cəhətdən güclü tərəfdaşına çevrilib.


Sizin reklam burada
Sizin reklam burada