Bir günə 5 yaşayış məntəqəsini azad etdilər

Bir günə 5 yaşayış məntəqəsini azad etdilər
14:00

Rusiyanın “Sever” hərbi qruplaşmasının bölmələri bir gündə Kursk vilayətində 5 yaşayış məntəqəsini azad edib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında qeyd edilib ki, Rusiya hərbçiləri Kazaçya Loknya, 1-ci Knyaji, 2-ci Knyaji, Zamostye və Mirnıya nəzarəti ələ keçiriblər.

Martın 12-də “Forbes” jurnalı anonim ukraynalı mənbəyə istinadən yazıb ki, Ukrayna Silahlı Qüvvələrinin (VSU) bölgədəki əsas hissəsi çox güman ki, Kursk vilayətini tərk edərək yenidən sərhədin Ukrayna tərəfinə yerləşdirilib. Nəşrin məlumatına görə, Rusiya ordusunun pilotsuz təyyarələrinin bir sıra dəqiq zərbələri Sudjada əsas yol boyu düzülmüş onlarla Ukrayna avtomobilini sıradan çıxarıb.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.


Tural


Sizin reklam burada
Sizin reklam burada