Beyləqanda kanalda çimən yeniyetmə boğularaq ölüb

Beyləqanda kanalda çimən yeniyetmə boğularaq ölüb
07 Avq 2026 19:20

Beyləqanda daha bir nəfər kanalda çimərkən boğulub.

News365.az xəbər verir ki, rayonun Gödəklər kənd sakini, 15 yaşlı Murad Ramil oğlu Əmrahlı həmyaşıdları ilə rayonun Bünyatlı kəndi ərazisində çimərkən su kanalında batıb.

Hadisə şahidlərinin bildirdiyinə görə, batan şəxsin meyiti sakinlərin köməyi ilə sudan çıxarılaraq ailəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada