Üç övladı olan ananın baldızı tərəfindən amansızcasına döyülməsinin təfərrüatı məlum olub.
Belə ki, hadisə Şəmkirin Sarıtəpə kəndində qeydə alınıb.
Üç uşaq anası Malika Sarıyeva qız övladına hamilə qaldığı üçün baldızı tərəfindən vəhşicəsinə döyülərək xəstəxanalıq olub
Nəticədə isə ananın bətnindəki 4 aylıq uşaq tələf olub.
Zərərçəkənin bacısının sözlərinə görə, bu kimi xoşagəlməz hadisələr dəfələrlə Malikanın başına gəlib.
Qeyd edək ki, məsələ ilə bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.
Ətraflı Real TV-nin süjetində: