Bərdədə yol qəzası olub, Xəsarət alanlar var

Bərdədə yol qəzası olub, Xəsarət alanlar var
24 Avq 2025 18:34

Bərdədə yol qəzası olub.

Hadisə Alpout kəndində qeydə alınıb.

Belə ki, traktorla “Toyota Prius” markalı minik avtomobili toqquşub. Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsində olan 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Bərdə Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Fakt araşdırılır.


Sizin reklam burada
Sizin reklam burada