"Benfika" futbolçusu Vinisiusun irqçilik ittihamlarına cavab verdi

"Benfika" futbolçusu Vinisiusun irqçilik ittihamlarına cavab verdi
11:09

"Benfika" klubunun cinah oyunçusu Canluka Prestianni"Real Madrid"in hücumçusu Vinisius Juniorun ona qarşı irəli sürdüyü irqçilik ittihamlarına cavab verib.

News365.az xəbər verir ki, bu barədə məşhur idman jurnalisti Fabritsio Romano məlumat yayıb.

"Məsələyə aydınlıq gətirmək istəyirəm ki, mən heç bir zaman Vinisius Juniora irqçi ifadələr işlətməmişəm. Təəssüflər olsun ki, o, eşitdiyini zənn etdiyi sözləri yanlış anlayıb. Həyatım boyu heç kimə qarşı irqçi mövqe sərgiləməmişəm və "Real Madrid" fanatlarından gələn təhdid mesajlarına görə təəssüflənirəm", - deyə gənc oyunçu vurğulayıb.

Xatırladaq ki, qarşılaşmanın ikinci hissəsində "Real Madrid"in braziliyalı forvardı Vinisius Juniorun "Benfika"lı rəqibi Canluka Prestianninin ona "meymun" dediyini iddia etməsi səbəbindən oyun dayandırılmışdı.


Sizin reklam burada
Sizin reklam burada