Madaqaskarda aralarında bir generalın da olduğu 13 nəfər dövlət başçısı səlahiyyətlərini müvəqqəti icra edən polkovnik Maykl Randrianirinanı qətlə yetirməyə cəhddə şübhəli bilinərək cinayət məsuliyyətinə cəlb edilib.
News365.az AFP-yə istinadən xəbər verir ki, bu barədə Madagaskar prokurorluğu məlumat yayıb.
Prokuror Narindra Navalona Rakotoniaina bildirib ki, 11 şübhəli saxlanılıb, digər şəxslər barəsində isə həbs orderləri verilib:
“Saxlanılanlar arasında yüksək rütbəli zabitlər və dövlət çevrilişində iştirak etmək niyyətini açıq şəkildə bəyan edən bir general da var".
Qeyd edək ki, Randrianirina 2025-ci ilin oktyabrında sələfi Andri Racoelinanın istefasına səbəb olan etirazlardan sonra hakimiyyətə gəlib.