İranda daha iki nəfər edam edildi

İranda daha iki nəfər edam edildi
10:23

İranda ölkə daxilində hücumların hazırlanmasında təqsirləndirilən iki nəfər edam edilib.

News365.az "Al Jazeera"ya istinadən xəbər verir ki, bu barədə İran KİV-i məlumat yayıb.

Qeyd olunub ki, məhkum olunanlar Tehranda "Mücahidin-e Xalq" (İran Xalq Mücahidləri Təşkilatı) müxalifət təşkilatı ilə əlaqəli olublar.

Edam edilənlər ölkənin Ali Məhkəməsi onlara çıxarılan hökmləri təsdiqlədikdən sonra "dar ağacından asılıblar".


Sizin reklam burada
Sizin reklam burada