Enerji şirkətlərinə vergi tətbiq ed​​​​​​ilməsi təklif edildi

Enerji şirkətlərinə vergi tətbiq ed​​​​​​ilməsi təklif edildi
13:57

Almaniya, İtaliya, İspaniya, Portuqaliya və Avstriyanın maliyyə nazirləri İranla müharibə səbəbindən enerji qiymətlərinin artmasına cavab olaraq enerji şirkətlərinin mənfəətinə fövqəladə vergi tətbiq edilməsini tələb ediblər.

News365.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi maliyyə nazirlərinin İqlim Dəyişikliyi üzrə Avropa Komissarına ünvanladığı məktuba istinadən məlumat yayıb.

Onların fikrincə, bu addım "biz birik və hərəkətə qadirik" siqnalı olacaq.

"Bu, həmçinin müharibənin nəticələrindən faydalananların bütövlükdə əhalinin yükünü azaltmağa töhfə verməli olduqlarını aydın şəkildə göstərərdi", - deyə nazirlər qeyd ediblər.


Sizin reklam burada
Sizin reklam burada