Bekhem bu sahədə Britaniya üçün ilk oldu

Bekhem bu sahədə Britaniya üçün ilk oldu
16:51

Devid Bekhem Britaniya Krallığı tarixinin ilk idmançı-milyarderi olub.

News365.az xəbər verir ki, bu, “Sunday Times” nəşrinin açıqladığı “Rich List 2026” reytinqinə əsasən məlum olub. 

Son hesablamalara görə, keçmiş futbolçu və onun həyat yoldaşı Viktoriya Bekhemin ümumi sərvəti təxminən 1,185 milyard funt sterlinqə (təxminən 2 milyard 684 milyon AZN) çatıb. Nəşrin məlumatına görə, son il ərzində Devid Bekhem kapitalını ikiqat artırmağa nail olub. Bu, əsasən onun “Inter Miami CF” futbol klubundakı payının dəyərinin sürətlə artması, həmçinin Lionel Messinin keçidindən sonra klubun davam edən kommersiya yüksəlişi sayəsində mümkün olub. 

Bekhemin ən dəyərli aktivlərindən biri  “Inter Miami CF” klubunun stadionu olan “Nu Stadium”un ətrafında tikilmiş 53 hektarlıq əmlak kompleksidir.

Onun əsas gəlir mənbələrindən biri də kommersiya fəaliyyətidir. 

Belə ki, Bekhemin “DRJB Holdings” şirkəti son 2 il ərzində səhmdarlara 60 milyon funt sterlinqdən (təxminən 136 milyon AZN) çox dividend ödəyib. “Beksi” həm də “Authentic Brands Group” şirkətində 45 faizlik paya sahibdir.

Ailənin ümumi sərvətinə Viktoriya Bekhem də böyük töhfə verir.

Belə ki, “Spice Girls” qrupunun keçmiş üzvünün dəb brendi illik 100 milyon funtdan (təxminən 226,5 milyon AZN) çox gəlir gətirir. Ümumilikdə Viktoriyanın dəb biznesi təxminən 375 milyon funt sterlinq (təxminən 850 milyon AZN) qiymətləndirilir. 


Sizin reklam burada
Sizin reklam burada