"Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə Azərbaycan
millisinin heyətindən çıxarılıb.
News365.az qurumun mətbuat xidmətinə istinadən
xəbər verir ki, buna səbəb 27 yaşlı müdafiəçinin zədəsi olub.
Qeyd edək ki, yığma UEFA Millətlər Liqasının qrup mərhələsi
çərçivəsində oktyabrın 11-də Tallində Estoniyaya, ayın 14-də isə Bakıda
Slovakiya kollektivləri ilə qarşılaşacaq.