Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Rusiya vətəndaşı Artur Petrovun amerikalı Kseniya Karelina ilə dəyişdirilməsinin görüntülərini yayıb.
Rusiya mediasının yaydığı məlumatına görə, Petrov təyyarədə olarkən şikayətlərinin olmadığını, lakin uzun uçuşdan sonra özünü çox yorğun hiss etdiyini bildirib.
Videoda həmçinin Birləşmiş Ərəb Əmirliklərinin hava limanında baş verən mübadilə, eləcə də Karelinanın Rusiya təyyarəsindən aparılması əks olunub.
Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Rusiya vətəndaşı Artur Petrovun amerikalı Kseniya Karelina ilə dəyişdirilməsinin görüntülərini yayıb.
"İnterfaks"ın məlumatına görə, Petrov təyyarədə olarkən şikayətlərinin olmadığını, lakin uzun uçuşdan sonra özünü çox yorğun hiss etdiyini bildirib.
Videoda həmçinin Birləşmiş Ərəb Əmirliklərinin hava limanında baş verən mübadilə, eləcə də Karelinanın Rusiya təyyarəsindən aparılması əks olunub.
"Gazeta" xatırladıb ki, Rusiya və ABŞ aprelin 10-da səhər Əbu-Dabidə iki ölkə arasında etimadı gücləndirmək siyasəti çərçivəsində məhbusları dəyişdirib. Moskva ABŞ və Rusiya vətəndaşı Kseniya Karelinanı azad edib. 2024-cü ildə o, ABŞ-dakı Ukrayna təşkilatına pul köçürdüyünə görə vətənə xəyanətdə təqsirli bilinərək Rusiyada ciddi rejimli həbsxanada 12 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Tural