Bayramov pakistanlı həmkarı ilə Xankəndi görüşündən danışdı

Bayramov pakistanlı həmkarı ilə Xankəndi görüşündən danışdı
31 May 2025 18:58

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov pakistanlı həmkarı Məhəmməd İshaq Darla Xankəndidə keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvəsini müzakirə edib.


News365.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.


“Bu gün Baş nazirin müavini – xarici işlər naziri, senator Məhəmməd İshaq Dar Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığı aparıb”, – məlumatda qeyd olunub.


Bildirilib ki, nazirlər 2025-ci ilin iyul ayının əvvəlində Azərbaycanda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Zirvəsinin təfərrüatlarını, iştirakçılarını və mexanizmlərini müzakirə ediblər.


Qeyd edək ki, ECO-nun 17-ci Zirvəsi 3-4 iyulda Xankəndidə keçiriləcək.


Sizin reklam burada
Sizin reklam burada