“Baqrat delimitasiya məsələsinin ləngiməsini istəyirdi“ - Tural İsmayılov

“Baqrat delimitasiya məsələsinin ləngiməsini istəyirdi“ -  Tural İsmayılov
12 İyn 2024 11:01

Baqrat Qalstanyanın günbə-gün tərəfdarlarının azalması, onun kitabının bağlandığını deməyə əsas verir.

Mövzu ilə bağlı News365.az-a müsahibə verən Politoloq Tural İsmayılov bildirir ki,  Baqrat Qalstanyanın üç hədəfidə fiaskoya uğradı:

"Baqrat üç hədəfə nail olmaq istəyirdi. Birinci hədəf bu idi ki, geniş xalq kütlələrini yenidən Paşinyan əleyhinə etiraza cəlb etsinlər. İkinci məsələ erməni cəmiyyətində dini həsasslıq hisslərini manipulyasiya edərək növbədənkənar parlament seçkiləri ərəfəsində Koçaryan vasitəsilə edə bilmədiklərini din xadimləri vasitəsilə etsinlər. Üçüncü əsas hədəfdə Ermənistanın daxilində ictimai siyasi xaotiklik yaratmaq və nəticədə Azərbaycanla sülh məsələsi, eyni zamanda delimitasiya məsələsində ləngimələrə səbəb olmaq istəyirdi. Amma biz gördük ki, Baqrat Qalstanyanın üç hədəfi də fiaskoya uğradı"- deyə fikirlərini bildirib. 

Vəfa Vəliyeva, News365.az


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər