Bakının mərkəzindəki bəzi binalar sökülür - FOTO

Bakının mərkəzindəki bəzi binalar sökülür - FOTO
10:25

Bakının mərkəzində üç bina sökülür.

News365.az xəbər verir ki, söhbət Nəsimi rayonu, Xaqani küçəsi, 54 və Üzeyir Hacıbəyov küçəsi, 51 ünvanlarında yerləşən beşmərtəbəli və Kövkəb Səfərəliyeva küçəsi, 2 ünvanında yerləşən çoxmərtəbəli binadan gedir.

Bir-birinə yaxın yerləşən bu binaların sakinləri artıq oradan köçürülüb. Hazırda söküntünün aktiv mərhələsinə hazırlıq işləri görülür.

Əldə etdiyimiz digər məlumata görə, sökülən binaların yerində tikinti şirkətlərindən biri tərəfindən daha böyük kompleks inşa ediləcək.



Sizin reklam burada
Sizin reklam burada