Bakının mərkəzində bu binalar plana düşdü - Söküntü başlanılır

Bakının mərkəzində bu binalar plana düşdü - Söküntü başlanılır
14:25

Bakı şəhərinin Səbail rayonu ərazisində yerləşən istismar müddəti bitmiş qəzalı binaların söküntüsünə başlanılır.

News365.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məlumat əldə edib.

Məlumata görə, Komitənin tabeliyindəki Ərazi Tikinti-Planlaşdırma Mərkəzi bununla bağlı hazırlıqlara başlayıb. 

Qeyd edilib ki, söküntü işləri Səbail rayonu, Salman Mümtaz küçəsi, ev 30 və ev 34, eləcə də Dağlıq küçəsi, ev 24 ünvanında yerləşən istismar müddəti bitmiş qəzalı binaları əhatə edəcək.

Xatırladaq ki, daha əvvəl Binəqədi, Sabunçu və Suraxanı rayonlarında da istismar müddəti bitmiş qəzalı binaların söküntüsü ilə bağlı hazırlıqlara başlanılıb.


Sizin reklam burada
Sizin reklam burada