Xəbər verdiyimiz kimi, Bakının İzmir və Abbasqulu ağa Bakıxanov küçələrinin kəsişməsində yerləşən "Naxçıvan" hoteli sökülür. Bir neçə gün əvvəl söküntü işləri başlayıb.
Binanın istismar müddətini başa vurduğu üçün sökülməsinə qərar verildiyi bildirilir.
News365.az-ın məlumatına görə, "Naxçıvan" hotelinin söküntüsü ilə bağlı yeni detallar açıqlanıb.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən "oxu.az"a bildirilib ki, sözügedən ərazidə yeni mehmanxana binasının inşası nəzərdə tutulub.
"Yeni binanın tikinti layihəsi aidiyyəti qurumlar tərəfindən razılaşdırma mərhələsindədir", - deyə komitənin cavabında qeyd olunub.
Qeyd edək ki, "Naxçıvan" hoteli "Hyatt Regency" kompleksinə məxsusdur.