Bakıda qəza: işıqfor yararsız vəziyyətə düşdü

Bakıda qəza: işıqfor yararsız vəziyyətə düşdü
25 Mar 2025 00:10

Yol-nəqliyyat hadisəsi zamanı svetofor yararsız vəziyyətə düşdü

Bu barədə news365.az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib. 

Binəqədi rayonu, Cəfər Xəndan və İbrahimpaşa Dadaşov küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində 1 ədəd svetofor obyekti yararsız vəziyyətə düşüb. DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən sıradan çıxan svetoforun yenisi ilə əvəz edilməsi işləri görüləcək.


Sizin reklam burada
Sizin reklam burada