Beyləqanda qəza - xəsarət alan var

Beyləqanda qəza - xəsarət alan var
28 Mar 2025 09:28

Beyləqan rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News365.az xəbər verir ki, 2006-cı il təvəllüdlü Bilalov Xəyal Əsgər oğlu avtomobilə idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi aşıb.

Hadisə zamanı sürücü xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və bədənin mübarək travması diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada